www.DONOR.az

  

BAZA üzrə AXTARIŞ

FAYDALI KEÇİDLƏR

logo h aliyev fond

 

logo seh naz

 

logo talas merk

 

 

    www.DONOR.az - layihəsi (bundan sonra - resurs) yalnız könüllü donor olmaq istəyənləri və donor axtaranları əlaqələndirmək üçün yaradılmış bir resursdur. Saytın müstəsna fəaliyyəti yalnız aşağıdakılardır:

- Azərbaycanda donorluqla bağlı çətinliklərin həllinə dəstək olmaq

- Donorluğu təbliğ etmək

- Donorlarla donor axtaranları əlaqləndirmək

Bu resurs hər hansı bir formada orqan və toxumaların alqı-satqısı üçün vasitə kimi istifadə edilə bilməz və bu cür fəaliyyətlə məşğul olmaq istəyənlər olarsa onların qarşısının alınması üçün sərt tədbirlər görüləcəkdir. Eyni zamanda www.DONOR.az resursu vasitəsilə əlaqləndirilmiş şəxslərin sonradan hər hansı formada orqan alqı-satqısı ilə və sair əməllərlə məşğul olmaqlarına görə resurs məsuliyyət daşımır.

Qan və qan komponentlərinin pullu donorluğuna qanunvericilik icazə verir. Lakin yenə də hər hansı maddi mükafat və sair ödənişlər müqabilində donor tapmaq və ya donor olmaq istəyən vətəndaşlarımıza tövsiyə olunur ki, bu  ödənişli metoddan mümkün qədər az istifadə etsinlər. 

O cümlədən, istifadəçilərin nəzərinə çatdırılır ki, donorluqla bağlı əməliyyatların aparılması və qan köçürmələri  Azərbaycan Respublikasında bu fəaliyyət üçün xüsusi səlahiyyəti olan təsisatlarda aparılmalıdır. 

Resursdan istifadə etməzdən əvvəl hər bir istifadəçidən donorluqla bağlı QANUNVERİCİLİK aktları ilə tanış olmaq xahiş olunur.

Uğurlar...