www.DONOR.az

  

BAZA üzrə AXTARIŞ

Hörmətli Azərbaycanlılar !

Bu layihə Sizlər üçün yaradılmış humanitar xarakterli bir qeyri-kommersiya layihəsidir. Layihənin əsas məqsədi Azərbaycanda donorluqla bağlı çətinliklərin həlli üçün dövlət və qeyri-dövlət qurumları tərəfindən aparılan işlərə köməklik etmək və bunun üçün innovativ həll mexanizmi yaratmağa çalışmaqdır. Hazırda layihə üzrə bütün xidmətlər tam ödənişsizdir. Gələcəkdə ola bilər ki, işin gedişində hansısa xidmətlər ödənişli olsun, lakin bu baş versə belə çox az bir hissə təşkil edəcəkdir və yalnız layihənin öz fəaliyyətini davam etdirməsi üçün zəruri olan minimal məbləğ həcmində vəsaitin toplanmasınadək davam edəcəkdir.

 PROBLEM:
Azərbaycan da daxil olmaqla bütün dünya ölkələrində (hətta inkişaf etmiş dövlətlərdə belə) donorluqla bağlı bağlı vəziyyət ürəkaçan deyil, bunu hamı bilir. Bütün dövlətlər, o cümlədən Azərbaycanda da bu problemin həlli üçün dövlət və qeyri-dövlət təşkilatları müəyyən tədbirlər görsə də müşhidələr onu deməyə əsas verir ki, bu işlər kifayət etmir. Son onillikdə hətta reallaşdırılan kütləvi qanvermə aksiyaları belə donor çatışmamazlığı problemini həll edə bilməyib. Problem var və qalmaqdadır...

PROBLEMİN HƏLLİ:
Donorluqla bağlı problem bizim hamımızın problemidir və bu problemi yalnız bütün vətəndaşlar birləşərək birgə həll edə bilərlər. İnnovativ ideya olaraq reallaşdırılan bu layihə - www.donor.az resursu məhz bunun üçün yaradılır. Hər birimizin özünün, övladının, valideyninin, yaxın qohumunun, dostunun donorlara ehtiyacı var və ya hər an ehtiyacı yarana bilər. Bu resurs vasitəsilə hər birimizin özünün və yaxınının ehtiyacı yarandığı an donor tapması təmin olunacaqdır.

MALİYYƏLƏŞMƏ:
Bu layihə tam olaraq müəllif tərəfindən maliyyələşdirilir.

YARDIM ETMƏK:
Bir vətəndaş olaraq Sizin layihəyə ən böyük köməyiniz bu layihə barədə dostlarınızı, tanışlarınızı və başqa insanları məlumatlandırmaq olar. Həmçinin sosial şəbəkələrdə bu layihəni paylaşmağınız əvəzsiz köməklik olar layihə üçün.
Layihəyə ümumi sponsorluq etmək niyyəti olan və digər formalarda əməkdaşlıq təklifləri olan hüquqi və ya fiziki şəxslər həmçinin 055-261-30-32 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

SON SÖZ:
Layihənin uğuru üçün sizdən tələb olunan - bacardığınız qədər dəstəkdir. Müəllif olaraq məndən tələb olunan isə  imkanlar daxilində layihəni davam etdirməkdir.

Hörmətlə Rafiq Abdullayev